Donald Tramp İranla əlaqəli qərarını bugün elan edəcək

ABŞ prezidenti Donald Tramp İranla nüvə proqramına dair sazişlə əlaqəli qərarını bugün yerli saatla 14.00-da açıqlayacaq.

965948
Donald Tramp İranla əlaqəli qərarını bugün elan edəcək

ABŞ prezidenti Donald Tramp İranla nüvə proqramına dair sazişlə əlaqəli qərarını bugün yerli saatla 14.00-da açıqlayacaq.

Tramp “Twitter” hesabında yerləşdirdiyi məlumatda bildirib: “İranla sazişlə əlaqəli qərarımı saat 14.00-da Ağ Evdə elan edəcəyəm.”

Tramp seçki kampaniyası dövründən bu yana “ABŞ tarixindəki ən pis müqavilələrindən biri olduğunu” irəli sürdüyü nüvə proqramından çəkilə biləcəyinə dair sinqal vermişdi.

Tramp daha əvvəl verdiyi açıqmalarda İranla əlaqəli saziş barədə dəqiq qərarını mayın 12-də elan edəcəyini bildirdi və ölkəsinin sazişdən çıxıb İrana yenidən sanksiyalar tətbiq edə biləcəyinə dair sinqal verdi.

Qeyd edək ki, 2015-ci il iyun ayında P5+1 ölkələri (Çin, Almaniya, Fransa, Rusiya, İngiltərə və ABŞ) iran ilə nüvə proqramına dair müqavilə imzalayıb.



Әlaqәli Xәbәrlәr