Qətərdən Qəzza Zolağına təcili humanitar yardım

Qətər mühasirədə olan Qəzza Zolağına 13,7 milyon dollar təcili humanitar yardım edəcəyini açıqladı.

965811
Qətərdən Qəzza Zolağına təcili humanitar yardım

Qətər mühasirədə olan Qəzza Zolağına 13,7 milyon dollar təcili humanitar yardım edəcəyini açıqladı.

Qətərin Fələstin səfiri Məhəmməd İmadi Qəzzada təşkil etdiyi mətbuat konfransında ediləcək yardımın səhiyyə, təlim, məskunlaşma, ərzaq və digər humanitar sahələrə ayrılacağını bildirib.

Dövlət işçilərinin əmək haqlarının ödənilməsi barədə ciddi fəsadların yaşandığı Qəzzada humanitar böhranların gerçək fəlakətə çevrilməsinin qarşısının alınması üçün xəbərdarlıq edən İmadi maaşların verilməsi üçün ölkəsinin bütün tərəflərlə fəaliyyətlər apardığını söyləyib.

Səfir İmadi fevral ayında Qəzzada 9 milyon dollarlıq yardım bağlamalarının paylanması işini həyata keçirmişdi.

Qeyd edək ki, Qətər İsrailin 2014-cü ildəki son hücumlarından sonra bölgənin bərpası və səhiyyə mərkəzlərindəki problemlərin həlli başda olmaqla müxtəlif yardım və inkişaf etdirmə layihələrini həyata keçirir.



Әlaqәli Xәbәrlәr