Tətillərin gündəlik maliyyəsi Fransaya baha başa gəlir

Fransada üsyançılar prezidentin partiya mərkəzini işğal etdi...

964233
Tətillərin gündəlik maliyyəsi Fransaya baha başa gəlir

  Fransada hökumətin islahat planına etiraz məqsədilə neçə gündür tətil və nümayişlər edən Milli Dəmir Yolu İdarəsi (SNCF) əməkdaşları adından bir qrup paytaxt Parisdə aksiya üçün bir araya gəlib.

  Parisin 2-ci rayonunda yerləşən iqtidar partiyası LREM-in mərkəzinə girən təxminən yüz nəfər islahat layihəsinin geri çəkilməsi və çalışanların hüquqlarının qorunmasıyla bağlı şüarlar irəli sürüb.

  Təxminən 20 dəqiqə davam edən işğal aktına polis təcili müdaxilə edib. Nümayişçilər çölə çıxarılarkən əməliyyat problemsiz bitib, bina və adamlara hər hansı bir ziyan olmayıb.

  Dəmir yolu islahatına qarşı çıxan işçilər mərhələli şəkildə tətilə çıxır.

  Hər həftənin iki günü olmaqla bura qədər 14 dəfə tətil keçirən dəmir yolu işçiləri Opera meydanında da bir müddət şüar ataraq prezident Emmanuel Makronu hədəfə alan sözlər deyib.

  Tətilçilər ölkənin ən böyük dəmiryol vağzalı olan, paytaxt Parisdəki Lionda da səslərini ucaldıblar.

  İslahatın bir ay ərzində Senatda müzakirə olunaraq qəbul edilməsi və iyunun sonuna qədər hüquqiləşdirilməsi gözlənilir.

  Tətillərin gündəlik maliyyəsinin Fransaya 20 milyon avro başa gəldiyi bildirilir.



Әlaqәli Xәbәrlәr