ABŞ Senatı Mayk Pompeonu dövlət katibi postuna təsdiqləyib

Mәlumata görә, senatorların 57-si Mayk Pompeonun lehinə, 42-si isə əleyhinə səs verib.

959497
ABŞ Senatı Mayk Pompeonu dövlət katibi postuna təsdiqləyib

ABŞ Senatı Mayk Pompeonu (Mike Pompeo) dövlət katibi postuna təsdiqləyib.

Mәlumata görә, senatorların 57-si Mayk Pompeonun lehinə, 42-si isə əleyhinə səs verib.

Mayk Pompeo andiçmə mərasimindən sonra rəsmi olaraq dövlət katibi səlahiyyətlərinin icrasına başlayacaq.   

Qeyd edək ki, Mayk Pompeo bundan әvvәl Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsini icra edirdi.

By arada ABŞ Dövlәt Departamenti  Pompeonun 26-30 aprel tarixlәrindә Brüssel, Әr-Riyad, Qüds vә Ommana sәfәr edәcәyini bildirib.

Türkiyәnin XİN rәhbәri Mövlud Çavuşoğlu bu gün Belçikanın paytaxtı Brüsseldә keçirilәn NATO-ya üzv ölkәlәrin xarici işlәr nazirlәri toplantısında iştirak edәn  ABŞ Dövlәt Katibi ilә bir araya gәlәcәk.



Әlaqәli Xәbәrlәr