Çin Yaponiya ilə mübahisəli sulara girib
Çin Sahil Təhlükəsizlik Qüvvələrinə məxsus 4 gəmi Şərqi Çin dənizində Yaponiya ilə mübahisəli sulara girib.
957859

“Kyodo”nun Yaponiya Sahil Təhlükəsizlik Qüvvələrinə istinadən verdiyi xəbərəə görə, Çin Sahil Təhlükəsizlik Qüvvələrinə aid 4 gəmi dünən səhər Şərqi Çin dənizindəki mübahisəli adaların olduğu sularda görünüb. Gəmilər təxminən 1,5 saat seyr halında olduqdan sonra bölgəni tərk ediblər.
Şərqi Çin dənizində Yaponiyanın "Senkaku", Çinin "Diaoyü" adlandırdığı 5 ada və 3 qayalıqdan ibarət olan arxipelaqlar iki ölkə arasında uzun müddətdir müzakirələrə səbəb olub. Tayvanın "Tiaoyutai" adlandırdığı və haqq iddia etdiyi bu adalarda kimsə yaşamır.