Rusiya - Misir uçuşları yenidən bərpa olundu

Rusiya Misirə tətbiq etdiyi uçuş qadağasını 30 ay sonra ləğv edib.

949716
Rusiya - Misir uçuşları yenidən bərpa olundu

Məlumata görə "Aeroflot"a aid 400 saylı təyyarə Misirin paytaxtı Qahirəyə eniş edib. Təyyarədə 120 nəfər sərnişin olub. Bu gün Qahirədən Moskvaya da ilk uçuş reallaşdırılacaq. İki şəhər arasında həftədə 6 hava səfəri həyata keçiriləcək. 

Qeyd edək ki, bu ölkəyə təşkil edilən uçuşlar 2015-ci ildə Rusiyaya aid sərnişin təyyarəsinin havada partlayıb qəzaya uğramasından sonra  dayandırılmışdı.

2017-ci ilin dekabrında isə Misir mülki Aviasiya işləri üzrə nazir Şərif Fəthi və Rusiya Nəqliyyat naziri Maksim Sokolov, iki ölkə arasında uçuşların bərpası üçün " mülki aviasiya təhlükəsizliyi" ilə əlaqəli  əməkdaşlıq müqaviləsi imzalamışdılar.

 



Әlaqәli Xәbәrlәr