Dünya üzrə ölüm cəzasının sayı və tətbiqi

Beynəlxalq Amnistiya Təşkilatı ölüm cəzası ilə bağlı 2017-ci il üçün qlobal qiymətləndirmə hesabatını yayıb.

950256
Dünya üzrə ölüm cəzasının sayı və tətbiqi

  Dünya üzrə ölüm cəzasının tətbiqi əvvəlki ilə görə 4 faiz azalıb.

  Beynəlxalq Amnistiya Təşkilatı ölüm cəzası ilə bağlı 2017-ci il üçün qlobal qiymətləndirmə hesabatını yayıb.

 Hesabata görə, 2017-ci ildə 53 ölkədə 2591 ölüm cəzası verilib, 23 ölkədə isə 993-ü tətbiq olunub.

 2016-ci ildə tətbiq olunan 1032 ölüm cəzası ilə müqayisədə 4 faiz azalma qeyd edilib.

  Hesabatda Belarus, Misir, İran, Pakistan və Səudiyyə Ərəbistanında tətbiq olunan edam cəzalarında azalma, Fələstin, Sinqapur və Somalidə artma olduğu bildirilir.

  2017-ci ilin sonundan 106 ölkə bütün, 142 ölkədə də bəzi cinayətlərlə əlaqədar ölüm cəzası qanunlardan və tətbiqdən qaldırıldı, 23 ölkə isə əksinə davam etdi.

  Avropa və Mərkəzi Asiya bölgəsində ölüm cəzası tətbiq edən yeganə ölkə Belarusdur.

 Orta Şərq və Şimali Afrikada isə 2017-ci ölüm cəzasının tətbiqi 847-yə enib ki, bu da 1 faiz azalma olaraq qeyd edilib.

  Hesabata görə, ölüm cəzasının ən çox tətbiq olunduğu ölkə Çindir. Amma ölkədə ölüm cəzasına dair məlumatlar dövlət sirri kimi saxlandığından neçə nəfərə bu cəzanın tətbiq olunduğu bilinmir.

 Çindən sonra ən çox ölüm cəzası tətbiq edən ölkələr İran, Səudiyyə Ərəbistanı, İraq və Pakistandır. Sözügedən 4 ölkənin tətbiq etdiyi ölüm cəzaları tətbiq olunan bütün ölüm cəzalarının 84 faizini təşkil edir.

 Amerika qitəsində isə Qayana, Trinidad, Tobaqo və Amerika Birləşmiş Ştatlarında da ölüm cəzası var. Keçən il ABŞ-da 41 ölüm cəzasının 23-ü tətbiq olunub.



Әlaqәli Xәbәrlәr