Sabah Almaniyada dövlət işçilərinin xəbərdarlıq tətilləri başlayır

Almaniyada Birləşmiş Xidmət Həmkarlar İttifaqı (Ver.di) sabah ölkə daxilində dövlət işçilərinin xəbərdarlıq tətili keçirəcəklərini bildirdi.

947523

 İşə götürənlərlə toplu müqavilələrlə bağlı danışıqları davam etdirən Ver.diden verilən açıqlamada Almaniyada dövlət işçilərinin 15 və 16 aprel tarixlərində Potsdamda keçiriləcək toplu iş müqaviləsinin üçüncü tur müzakirələrindən əvvəl xəbərdarlıq tətillərinin genişləndiriləcəyi bildirilir.
 
 Açıqlamada hava limanları da daxil olmaqla, federal və yerli səviyyədəki bütün dövlət xidmətlərinin tətildən zərər görəcəyi və 13 aprelə qədər bütün əyalətlərdə başqa böyük tətillərin də gözlənildiyi qeyd edilir.
 
 Ver.di Həmkarlar İttifaqı 2,3 milyon dövlət işçisi üçün ayda ən azı 200 avro olmaqla 6% maaş artımı tələb edir. İşəgötürənlər isə bu tələbi  yüksək olması səbəbindən qəbul etmirlər.

Әlaqәli Xәbәrlәr