Rusiya BMT TŞ-da “Skripalın işi” üzrə açıq iclasın keçirilməsini xahiş edib

Rusiya BMT  Təhlükəsizlik Şurasında Böyük Britaniyanın Solsberi şəhərində baş vermiş insidentlə bağlı iclas keçirilməsini tələb edib.

944695
Rusiya BMT TŞ-da “Skripalın işi” üzrə açıq iclasın  keçirilməsini xahiş edib

Rusiya Böyük Britaniyanın Solsberi şəhərində baş vermiş insidentlə bağlı BMT Təhlükəsizlik Şurasında açıq iclasın keçirilməsini tələb edib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya BMT TŞ-da Suriyanın Xan Şeyxun bölgəsində keçən il törədilən kimyəvi hücumla bağlı keçirilən iclasda çıxış edib.

Vasiliy Nebenzya  Britaniya baş naziri Tereza Meyin Solsberidəki insidentlə bağlı məktubu əsasında Təhlükəsizlik Şurasında açıq iclasın keçirilməsini xahiş edib.

Qeyd edək ki, iki ölkə arasındakı böhran Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan  Sergey Skripal ilə qızı Yulianın Solsberi şəhərində zəhərlənməsindən sonra başlamışdı.

 

 

 



Әlaqәli Xәbәrlәr