Avstriya məktəblərində hicabın qadağan olunmasına dair hüquqi tənzimləmələr aparılacaq

Avstriya baş naziri Sebastyan Kurz uşaq bağçası və ibtidai məktəblərdə hicabın qadağan olunmasına dair hüquqi tənzimləmə üçün aidiyyəti nazirliklərə tapşırıq verdiyini bildirdi.

944478

 Nazirlər Kabineti toplantısından sonra keçirilən mətbuat konfransında çıxış edən Kurz ölkədəki bütün qız uşaqlarının bərabər şərtlərə malik olmasının vacibliyindən danışdı, cəmiyyətdə paralel proseslərin qarşısının alınması üçün uşaq bağçalarında və ibtidai siniflərdə hicaba ehtiyac olmadığını vurğuladı.
 
 Kurz: "Milli Təhsil, Qadın və Ailə nazirliklərinə uşaqların qorunması qanununun üzərində işləmələri üçün tapşırıq verdik. Burada əsas məqsəd uşaq bağçası və ibtidai məktəblərdə hicabın qadağan edilməsidir" dedi.
 
 Sözügedən qanunun qüvvəyə minməsi üçün məclisin üçdə ikisi onun lehinə səs verməlidir. Bu səbəbdən  Kurz ana müxalifətdəki Sosial Demokrat Partiyasının və Yeni Avstriya Partiyasının dəstəyinə ehtiyac olduğunu qeyd etdi.
 
 Hicabın qadağası həm Sosial Demokrat Partiyasının, həm də Yeni Avstriya Partiyasının seçkilərdəki vədi idi.

Әlaqәli Xәbәrlәr