İsrail әsgәrlәrinin fәlәstinlilәrә qarşı sәrt müdaxilәsi davam edir

Bu barәdә Qәzzadakı Sәhiyyә Nazirliyinin sözçüsü Әşrәf әl-Kudra mәlumat verib.

942211
İsrail әsgәrlәrinin fәlәstinlilәrә qarşı sәrt müdaxilәsi davam edir

İsrail әsgәrlәri Qәzza zolağında  nümayiş keçirәn fәlәstinlilәrә sәrt müdaxilә edib.

Bu barәdә Qәzzadakı Sәhiyyә Nazirliyinin sözçüsü Әşrәf әl-Kudra mәlumat verib. O, müdaxilә nәticәsindә bir fәlәstinli gәncin ağır yaralandığını bildirib.

Әşrәf әl-Kudra yaralanan gәncin müalicәsinin davam etdiyini vurğulayıb.

Qeyd edәk ki, fәlәstinlilәr martın 30-da Qәzza zolağında  Torpaq Günü münasibәtilә keçirdiklәri nümayişlәri  hәlә dә davam etdirir.

Nümayiş zamanı 17 fәlәstinli ölmüş, mindәn çox adam isә xәsarәt almışdı.



Әlaqәli Xәbәrlәr