ABŞ-ın İncirlik və Əl Udeyd hərbi bazalarından çəkiləcəğinə dair iddialara cavabı

ABŞ Mərkəzi Qüvvələr Komandirliyi ABŞ-ın Türkiyədə yerləşən İncirlik ilə Qətərdə yerləşən Əl Udeyd hərbi bazalarından ayrılacağına dair xəbərlərin həqiqəti əks etdirmədiyini bildirdi.

937284

Açıqlamanın verildiyi eyni dəqiqələrdə ABŞ Mərkəzi Havva Qüvvələri Komandirliyinin (AFCENT) rəsmi “twitter” hesabında yayımlanan bəyanatda da “ABŞ-ın Türkiyə və Qətərdəki İncirlik və Əl Udeyd hava bazalarından ayrıldığını iddia edən xəbərlər gerçək deyildir. Ortaq təhlükəsizliyə dair narahatlıqlar ilə mübarizə edilməsi üçün birlikdə cəhd göstərməyimizin vacib olduğu bu zamanda əsası olmayan belə xəbərlər, bölgədəki tərəfdaşlar arasında etimadsızlığa və ayrılığa səbəb olur” deyilib.

Qeyd edək ki, son bir neçə həftədir ABŞ-ın İncirlik hava bazasındakı döyüş qüvvələrini çəkdiyi iddia edilirdi.

Ayrıca ABŞ-ın Qətərdə yerləşən Əl Udeyd hava bazasındakı hərbi qüvvələrini də məhdudlaşdırdığına dair xəbərlərdən sonra ABŞ-ın bu iki bazadan çəkiləcəğinə dair iddialar ortaya atılmışdı.

Әlaqәli Xәbәrlәr