Con Dovd da Trampa görə vəzifəsindən istefa verdi

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampı Rusiya araşdırmasında təmsil edən vəkili Con Dovd səbəbini bildirmədən vəzifəsindən ayrıldığını açıqlayıb.

935926
Con Dovd da Trampa görə vəzifəsindən istefa verdi

    Amerika mediasına yazılı məlumat göndərən C.Dovd: “Prezidenti sevirəm və ona ən xoş arzularımı bildirirəm", - ifadələrini işlədib.  

  ABŞ mediasında yer alan xəbərlərə görə, Dovdun istefa səbəbi Rusiya araşdırmalarını aparan xüsusi səlahiyyətli prokuror Robert Muellerə qarşı Trampın son dövrkü sərt açıqlamaları olub.

  Qeyd edək ki, ABŞ-da 2016-cı il prezident seçkilərinə Rusiyanın kiber hücumlarla müdaxilə etdiyi iddialarıyla bağlı həm Konqres, həm də xüsusi səlahiyyətli prokuror Mueller tərəfindən başlanılan araşdırmalar davam edirdi. O, Rusiya istintaqında ABŞ Ədliyyə Nazirliyi tərəfindən təyin olunub.  



Әlaqәli Xәbәrlәr