"Çinə qarşı bunu tətbiq etmək məcburiyyətindəyik", D.Tramp

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Çinə milyardlarla dollarlıq əlavə gömrük vergisi və investisiya məhdudiyyətlərini nəzərdə tutan sərəncam imzalayıb.

935728
"Çinə qarşı bunu tətbiq etmək məcburiyyətindəyik", D.Tramp

   Ağ Evdə təşkil olunan mərasimdə imzaladığı sərəncamla ölkəsinin fikri haqlarını və texnologiyalarını qorumaq məqsədilə Çinə qarşı belə bir kommersiya addımları atıldığını söyləyib. İmzalamadan əvvəl qısa çıxış edən Tramp deyib: “Çini bir dost olaraq qəbul edirik. Ölkə başçısı Şiyə də böyük hörmətlə yanaşıram. Bizə Şimali Koreya məsələsində çox kömək edirlər. Amma ABŞ Çin qarşısında ticarət kəsirindəki səviyyələrə nəzarət etmək məcburiyyətindədir. Çinə qoyulacaq əlavə gömrük vergisi və investisiya məhdudiyyətlərinin həcmi təxminən 60 milyard dolar olacaq. Bu, həm də bir çox sərəncamın ilkidir. Yaxında yeni kommersiya tədbirlərini açıqlayacağıq”.

  Qeyd edək ki, sözügedən gömrük vergisi əsasən müdafiə, aeronavtika, informasiya texnologiyaları və emal sektoruna yönəlikdir.



Әlaqәli Xәbәrlәr