Mövlud Çavuşoğlu Almaniyanın yeni Xarici İşlər nazirini telefonla təbrik etdi

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Almaniyanın yeni Xarici İşlər naziri Heiko Maası təbrik etmək üçün ona zəng edib.

932966
Mövlud Çavuşoğlu Almaniyanın yeni Xarici İşlər nazirini telefonla təbrik etdi

 Diplomatik mənbələrdən verilən məlumata görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Almaniyanın yeni Xarici İşlər Naziri Heiko Maas ilə telefonla görüşüb.
 
 Çavuşoğlu görüşdə həmkarını yeni vəzifəsi münasibətilə təbrik edib.
 
Qeyd edək ki, Almaniyada sentyabrın 24-də  keçirilən parlament seçkilərindən sonra uzun müddət hökumət qurulmamışdı.
 
 Keçən həftə Xristian Demokrat Birlik Partiyası (CDU), Xristian İctimai Birlik Partiyası (CSU) və Sosial Demokrat Partiyasından ibarət (SPD) koalisiya hökuməti qurulub.
 
 Heiko Maas martın 14-də Xarici İşlər naziri vəzifəsini Sigmar Qabrieldən təhvil alıb.
 
 



Әlaqәli Xәbәrlәr