Tramp apreldə Latın Amerikasına gedir

Ağ Evdən verilən yazılı məlumata görə, D.Tramp Latın Amerikası səfərinə Peru və Kolumbiyadan başlayacaq.

927727
Tramp apreldə Latın Amerikasına gedir

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp gələn ay Latın Amerikasına gedəcək.

  Ağ Evdən verilən yazılı məlumata görə, D.Tramp Latın Amerikası səfərinə Peru və Kolumbiyadan başlayacaq.

  O, Perunun paytaxtı Limada 13-14 apreldə keçiriləcək Amerikalar Zirvə Toplantısında iştirak edəcək, peruli həmkarı Pedro Pablo Kuczinski ilə görüşəcək. Sonra Kolumbiyaya keçəcək Tramp burada dövlət başçısı Xuan Manuel Santosla bir araya gələcək.

  Hər iki ölkədəki görüşlərdə ABŞ-la Latın Amerikası ölkələri arasında iqtisadi, mədəni və tarixi əlaqələrin gücləndirilməsinə yönəlik addımlar müzakirə ediləcək.

  Qeyd edək ki, Donald Tramp ABŞ prezideni olduğu 20 yanvar 2017-ci ildən Meksika, Peru və Çilinin də üzv olduğu Trans-Sakit Okean Tərəfdaşlığından (TPP) Birləşmiş Ştatları geriçəkmə qərarı vermişdi. Həmçinin Tramp rəhbərliyi ABŞ, Meksika və Kanadanın birgə olduğu Şimali Amerika Azad Ticarət Razılaşmasının (NAFTA) yenidən müzakirəsini tələb etmişdi.

  Digər tərəfdən, ABŞ-Meksika sərhədinə təhlükəsizliklə bağlı divar hörülməsi üçün işlərə başlamaq göstərişi verən Tramp başda Meksika olmaqla Latın Amerikası hökumətlərindən təpki görmüşdü.



Әlaqәli Xәbәrlәr