"Çinlə ABŞ arasında ticarət müharibəsi çıxarsa..." V.Yi

Çin Milli Xalq Konqresinin Baş Assambleyası çərçivəsində Pekindəki Media Mərkəzində təşkil edilən mətbuat konfransında çıxışı zamanı Vanq Ni deyib...

925399
"Çinlə ABŞ arasında ticarət müharibəsi çıxarsa..." V.Yi

  Çinin Xarici İşlər naziri Vanq Yi Çinlə ABŞ arasında ticarət müharibəsi çıxarsa, lazım olan cavabı verəcəklərini söyləyib.

  Çin Milli Xalq Konqresinin Baş Assambleyası çərçivəsində Pekindəki Media Mərkəzində təşkil edilən mətbuat konfransında çıxışı zamanı Vanq Ni deyib: “Şimali Koreya ilə Cənubi Koreya arasında mövcud problemin həll edilməsi üçün göstərdiyi səyləri sonuna qədər dəstəkləyirik… ABŞ-la Çin arasında ticarət müharibəsi çıxarsa, hər bir tərəf zərər görəcək, amma Pekin uyğun cavabı gecikdirməyəcək. Ticarət müharibəsi  problemləri həll etməyin düzgün yol deyil. Xüsusən də qloballaşan bugünkü dünyada ticarət müharibəsinə sarılmaq səhv reseptdir… Dünyanın iki böyük iqtisadiyyatı olan ABŞ və Çin yalnız öz xalqları üçün deyil, dünyanın qalanı üçün də məsuliyyət daşıyır. Effektiv və konstruktiv dialoq quraraq problemləri qarşılıqlı maraqlara uyğun həll etmək lazımdır… Çinin qlobal arenada ABŞ-ın yerinə keçmək arzusu yoxdur. Çünki Çinin yolu ənənəvi böyük güclərin hal-hazırda getdiyi yoldan tamamilə fərqlidir. Çinin inkişafı və müasirləşməsi dayandırıla bilməz… Çin ABŞ-la rəqib olmaq məcburiyyətində deyil, amma ortaq ola bilər… Çin nə qədər çox inkişaf edirsə, dünyaya o qədər töhfə verir".



Әlaqәli Xәbәrlәr