İngiltərə Rusiyaya atəşkəs üçün çağırış etdi

İngiltərənin Xarici İşlər naziri  Boris Conson iki həftədə 600-dən artıq mülki şəxsin öldüyünə diqqət çəkib.

923374
İngiltərə Rusiyaya atəşkəs üçün çağırış etdi

İngiltərənin Xarici İşlər naziri  Boris Conson (Boris Johnson) BMT Təhlükəsizlik Şurasının 2401 nömrəli qərarını bir həftədən qısa müddət əvvəl təsdiq edən Rusiyanın atəşkəsin tətbiq edilməsində məsul olduğunu söyləyib.

Conson Şərqi Qutadakı son baş verənlərlə əlaqəli BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) qəbul etdiyi 30 günlük humanitar atəşkəs qərarına dair verdiyi açıqlamada bildirib ki, Şərqi Qutada mülki şəxslərə qarşı davam edən hərbi kampaniyanın və BMT TŞ-nın Suriyada 30 günlük atəşkəs istəyinin əksinə rus döyüş təyyarələrinin Əsəd rejiminin yanında fəal şəkildə yer tutduğuna dair əldə edilən etibarlı xəbərlər ciddi mənada narahatlıq doğurur.  Bombardman altındakı bölgələr mülki şəxslərin yaşadığı yerlərdir. Rusiyanın atəşkəs qərarını təsdiq etməsindən indiyədək 200 hava hücumu olub və 100-dən artıq dinc sakin həyatını itirib.

Conson son iki həftədə 600-dən artıq mülki şəxsin öldüyünə diqqət çəkib.



Әlaqәli Xәbәrlәr