Yunanıstanda nəzarətə götürülən 2 Rusiya vətəndaşının Əl-Qaidə üzvü olduğu iddia edilir

Yunanıstanda bir müddət əvvəl nəzarətə götürülən 2 Rusiya vətəndaşının terror təşkilatı Əl-Qaidə üzvü olduğu iddia edildi.

921713
Yunanıstanda nəzarətə götürülən 2 Rusiya vətəndaşının Əl-Qaidə üzvü olduğu iddia edilir

Yunanıstanda bir müddət əvvəl nəzarətə götürülən 2 Rusiya vətəndaşının terror təşkilatı Əl-Qaidə üzvü olduğu iddia edildi.
 
 Yunan mediasının yaydığı xəbərlərdə Rusiya Baş Prokurorluğunun Əl-Qaidə üzvü olmaları və Suriyada terror fəaliyyətlərində iştirak etmələri səbəbindən Koridallos həbsxanasında məhbus olaraq tutulan 29 yaşlı İsgəndər F. və 40 yaşlı Səidiqaməd M.-nin ekstradisiyalarını tələb etdiyi qeyd olunur.
 
 Rusiya prokurorluğu tərəfindən yunan orqanlarına göndərilən sənədlərdə Tatarıstanda yaşadığı müəyyən olunan İsgəndər F.-in  şəxsiyyəti məlum olmayan bir nəfərin köməyi ilə Suriyaya keçdiyi, Səidiqaməd M.-in isə təşkilatın maliyyə işlərinə rəhbərlik etdiyi qeyd edilir.
 
Rusiya orqanları tərəfindən axtarışda olması müəyyən edilən İsgəndər F. yanvarın 1-də Afina üzərindən Qahirədən Moskvaya getməyə çalışdığı zaman nəzarətə götürülmüşdü.
 
 Afinada yaşayan və bu ölkədən sığınacaq istəyən Səidiqaməd M.-in İsgəndər F-i məhbus olduğu polis şöbəsində görməyə getdiyi zaman qırmızı bülletenlə axtarışda olduğu müəyyən edilmiş və o, yaxalanmışdı.
 
 Rus vətəndaşları barələrindəki ittihamları rədd edirlər.



Әlaqәli Xәbәrlәr