Səudiyyə Ərəbistanıda qadınlar hərbi xidmət keçəcək

Səudiyyə Ərəbistanında ölkə tarixində ikinci dəfə qadınların əsgər olmaları üçün imkan yaradılıb.

918251
Səudiyyə Ərəbistanıda qadınlar hərbi xidmət keçəcək

Səudiyyə Ərəbistanının Polis Baş İdarəsi qadınların əsgər olmaları üçün elektron ərizələrlə müraciət etməyi açıq elan edib. Müraciət edən namizədlər ən azı universitet məzunu olmalı və ər-Riyad, Məkkə, Mədinə, əl-Baha, Asir, əş-Şərqiyyə şəhərlərində yaşamalıdırlar. Müraciət şərtləri arasında namizədlər, Səudiyyə Ərəbistanı vətəndaşı olmalıdır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Pasport Baş İdarəsi də ötən ay hava limanları və sərhəd keçid məntəqələrində işləyəcək qadın əsgər qəbulu üçün müraciət etmişdi.



Әlaqәli Xәbәrlәr