Karin Kneissl ilə Adil əl-Cubeyr Yəmən mövzusunu müzakirə edib

Avstriyanın xarici işlər naziri Karin Kneissl, ölkəsində rəsmi səfərdə olan Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr ilə görüşüb.

914151
Karin Kneissl ilə Adil əl-Cubeyr Yəmən mövzusunu müzakirə edib

Avstriya Xarici işlər naziri Kneissl, bir saat davam edən görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında, həmkarı ilə iki ölkə arasında keçmişə əsaslanan əlaqələr başda olmaqla, Yəməndə cərəyan edən proseslər müzakirə edildi deyib.

Kneiss bildirib ki, Səudiyyə Ərəbistanı ilə Avstriya arasındakı əlaqələrin güclənərək davam etməsində qarşılıqlı dialoqun təsiri gözdən yayındırılmamalıdır, yaxın gələcəkdə Riyadı da ziyarət edəcəyəm.  

Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr də öz növbəsində bildirib ki, Səudiyyə Ərəbistanın Yəməndəki dinç sakinlərə hümanitar yardımları davam edir. Yəmənin problemi bizim problemimiz hesab edilir, bu səbəbdən humanitar yardımlarımızın ləngimədən bölgəyə çata bilməsi üçün hava limanları və limanlarımızı açdıq. Səudi nazir həmçinin vurğulayıb ki, Yəməndə hakimiyyəti ələ keçirən Husilər uşaqları belə silahlandıraraq döyüşlərə göndərirlər. Bölgəyə göndərilən hümanitar yardımları talan edirlər. İranın verdiyi balistik raketlərlə dinç sakinləri  öldürürlər.  



Әlaqәli Xәbәrlәr