“İsrail fələstinliləri öldürmək üçün bəhanə axtarır”

Həmas İsrailin Qəzza sərhədində sülhməqsədli nümayiş keçirənləri öldürmək üçün bəhanə axtardığını bildirdi.

913856
“İsrail fələstinliləri öldürmək üçün bəhanə axtarır”

Həmas İsrailin Qəzza sərhədindəki sülhməqsədli nümayiş keçirənləri öldürmək üçün bəhanə axtardığını bildirdi.

Həmas-ın nümayəndəsi Hazım Qasım İsrail ərazilərindəki əməliyyatların koordinatoru Yoav Mordechainin “Facebook”da yayımladığı və “Qəzza sərhədində nümayiş keçirən fələstinlilərlə əlaqəli” açıqlamalarının yer aldığı videoçarxa reaksiya göstərdi.

Qasım bildirib ki, İsrail xalqın sülhməqsədli nümayiş keçirmə hüququnu tapdalamaq üçün əlindən gələni edir. Ancaq fələstinlilər nümayiş keçirmə və işğala qarşı hər yoldan istifadə edərək müqavimət göstərmə haqlarından istifadə etməyə davam edəcək. İsrail nümayişçiləri öldürmək üçün bəhanə axtarır. İsrailin təhdidləri fələstinliləri qorxuda bilməyəcək.

Qeyd edək ki, İsrail ordusu şənbə günü Qəzzanın cənubunda İsrailə məxsus hərbi maşın keçdiyi əsnada bir bombanın partlaması nəticəsində 4 əsgərin yaralandığını bildirmişdi.



Әlaqәli Xәbәrlәr