ABŞ-dan Ukraynaya dəstək: Rusiyanın hücumlarına qarşı yanındayıq

ABŞ Dövlət Departamenti 4 il əvvəl Avropaya daxil olmaq üçün seçim edən Ukrayna xalqının Rusiyanın hücumlarına məruz qaldığını söyləyib.

913865

ABŞ Dövlət Departamentinin sözçüsü Hizır Noert (Heather Nauert) “Ukrayna İnqilabının  4-cü ildönümü” münasibətilə yazılı açıqlama yayıb.

Noert açıqlamada bildirib ki, 4 il əvvəl Ukrayna xalqı Kiyev meydanında bir araya gələrək Avropaya daxil olma mövzusunda seçim etdi və baş verən hadisələrdə xeyli insan həyatını itirdi. ABŞ on minlərlə insanın həyatını itirdiyi və 1 milyon 600 min insanın ev-eşiyini tərk etmək məcburiyyətində qaldığı Rusiyanın hücumları qarşısında Ukraynanın yanında dayanmaqda davam edir.

Keçən 4 ildə Ukraynanın önəmli addımlar atdığını vurğulayan Noert Ukrayna xalqının bütün gücünü ortaya çıxarmaq üçün fəaliyyətlərin davam etməsinin vacibliyini də dilə gətirib.

Әlaqәli Xәbәrlәr