ABŞ Suriyadakı terrorçuların əllərindəki silahlara dair suallara dəqiq cavab vermədi

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Erik Pahon Suriyadakı terrorçuların əllərindəki silahlara dair suallara dəqiq cavab vermədi.

911559
ABŞ Suriyadakı terrorçuların əllərindəki silahlara dair suallara dəqiq cavab vermədi

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Erik Pahon Suriyadakı terrorçuların əllərindəki silahlara dair suallara dəqiq cavab vermədi.

Pahon Suriyanın şərqində terror təşkilatı PYD/PKK pərdəsi arxasında “Suriya Demokratik Qüvvələri”ndən ayrılaraq Afrinə keçən terror mənsublarının özlərilə ABŞ tərəfindən verilən silahları da götürüb götürmədiyinə dair suala “Buna dair bir dəlil görmədiklərini” söyləyərək ötəri cavab verib.

Pentaqon daha əvvəl DEAŞ əleyhinə əməliyyatdan ayrılıb Afrinə PYD/PKK-ya yardım etmək üçün gedən təşkilat mənsublarının ABŞ-ın dəstəyini itirəcəyini açıqlamışdı.

ABŞ-ın Müdafiə naziri Cim Mattis (Jim Mattis) də Avropa ölkələrinə səfəri zamanı jurnalistlərə verdiyi açıqlamada bəzi PYD/PKK-lı terrorçuların ABŞ-ın dəstəklədiyi qrupların nəzarətindəki bölgələrdən Afrinə keçdiyini bildirmişdi.

Pahon “Anadolu” xəbər agentliyi müxbirinin bu iki açıqlamanı xatırladaraq, “Afrinə keçən təşkilat mənsublarının ABŞ tərəfindən təmin edilən silahları da özlərilə götürmədiyini necə təsdiqləyirsiniz?” sualına bölgədəki xüsusi hissələrin verilən silahları təqib etdiyini irəli sürərək deyib ki, bunu təqib edirik. Türkiyə üçün verilən silahlı izləyirik. Buna dair sübut əldə etsək lazımlı addımları atarıq.

“ABŞ silahlarının Afrinə keçdiyini görmədinizmi?” sualına isə Pahon “Xeyr, hələ görməmişik.” cavabını verib.

ABŞ başçılığındakı DEAŞ əleyhinə koalisiyanın açıqlamasında isə “ABŞ tərəfindən təmin edilən silahların Orta Fərat vadisindən Suriyanın şimalına keçdiyini təsdiq edə bilmərik.” ifadəsi yer alıb.



Әlaqәli Xәbәrlәr