ABŞ-da mәktәbdә atışma nәticәsindә 17 nәfәr ölüb

ABŞ-da liseyə silahlı hücum oldu.

910715
ABŞ-da mәktәbdә atışma nәticәsindә 17 nәfәr ölüb

  ABŞ-ın Florida ştatının Parkland şəhərindəki liseyə silahlı hücum təşkil olunub.

  3100 şagirdi olan liseydə açılan atəş zamanı 17 adam həyatını itirib, 14 nəfər yaralanıb. Yaralanan xəstəxanalara aparılıb.

  Hücumdan sonra yerli polisin təcili müdaxiləsi sayəsində məktəb bağlanılıb və bütün şagirdlər evə buraxılıb.

  Amerika Federal İstintaq Bürosu (FBI) dərhal istintaqa başlayıb. Cinayətkarın kimliyi müəyyənləşdirilib. Silahlı hücum edən adamın məktəbin keçmiş şagirdlərindən olan 18 yaşlı Nikolas Kruz olduğu bildirilib.

  ABŞ prezidenti Donald Tramp hadisədən bir neçə saat sonra “twitter” hesabından mesaj paylaşaraq söyləyib: “Floridadakı silahlı hücumda həyatını itirənlərin ailələri və yaxınlarına başsağlığı verirəm. Heç nəyə baxmayaraq heç bir şagird, müəllim və valideyn bir Amerika məktəbində özünü inamsız hiss etməməlidir".  

 



Әlaqәli Xәbәrlәr