NATO-nun heç bir üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb

Bunu BATO-nun Baş katibi Yens Stoltenberq

909994
NATO-nun heç bir üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb

NATO-nun Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg)Brüsseldə keçirdiyi mətbuat konfransında NATO-nun  heç bir üzvünün Türkiyә qәdәr terror hücumlarına mәruz qalmadığını bildirib.

Yens Stoltenberg Türkiyənin özünə qarşı olan təhlükəsizlik risklərini aradan qaldırmağa haqqının olduğunu vurğulayıb.

Keçәn hәftә Turkiyәnin ‘‘Zeytun Budağı’’ әmәliyyatı ilә bağlı NATO-nu mәlumatlandırdığını  bildirәn Yens Stoltenberq özlәrinin dә Suriyadakı vәziyyәt haqqında Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan daxil olmaqla Türk liderlәrlә bu mәsәlәni müzakirә etdiklәrini bildirib.

‘‘Türkiyənin NATO-dakı müttəfiqlərini məlumatlandırmaqda davam edəcəyini gözləyirik. Türkiyənin qanuni təhlükəsizlik qayğıları var. NATO-nun heç bir üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb’’,-deyә NATO-nun Baş katibi Yens Stoltenberq qeyd edib.



Әlaqәli Xәbәrlәr