Hollandiyada məscid yandırıldı

Hollandiyanın şimalında yerləşən Drachten şəhərində ümumilikdə Mərakeş mənşəlilərin getdiyi məscid yandırılıb.

908444
Hollandiyada məscid yandırıldı

Hollandiyanın şimalında yerləşən Drachten şəhərində ümumilikdə Mərakeş mənşəlilərin getdiyi məscid yandırılıb.

İslam Mərkəzi Drachten Vəqfinə bağlı məscid naməlum şəxslər tərəfindən yandırılıb, məscidə ziyan dəydiyi bildirilib.  

Vəqfin sədri Halid Bennaceuur hücumu qınayıb: “Səhər namaza gələn camaat məsciddə iy olduğunu hiss etdi. Daha sonra məscidə gəldiyimiz yanıq izləri olduğunu və şüşələrin sındırıldığını gördük.

Bennaceur bir nəfərin şüşələri sındırdığının və sonra yanacaq maddəsinə od vurub məscidə atdığının kameraya  düşdüyünü söyləyib.

Vəqfin sədri hasidə ilə bağlı olaraq polisə şikayət etdiklərini, istintaqın başlandığını bildirib.


Etiketlәr: #məscid , #Hollandiya

Әlaqәli Xәbәrlәr