Ceyms Mattisdən Münbiç açıqlaması

ABŞ Müdafiə naziri Ceyms Mattis (James Mattis) Türkiyə ilə Münbiç məsələsi barəsində danışdıqlarını, lakin detallarını ictimaiyyətə açıqlamanın zamanı gəlmədiyini bildirdi.

902575
Ceyms Mattisdən Münbiç açıqlaması

 ABŞ Müdafiə Naziri Ceyms Mattis Pentaqonun mətbuat ofisində jurnalistlərlə görüşdü.

  Mattis Türkiyə Silahlı Qüvvələrinin PYD/PKK-ya qarşı həyata keçirdiyi "Zeytun Budağı" əməliyyatı və Türkiyənin mümkün Münbiç əməliyyatına dair sualları cavablandırdı.
 
Müdafiə naziri Afrində PYD/PKK-ya  qarşı aparılan "Zeytun Budağı" əməliyyatının diqqəti DEAŞ əməliyyatlarından yayındırdığını iddia etdi.
 
 Mattis Suriyadakı prosesləri Türkiyənin Milli Müdafiə naziri Nurəddin Canikli ilə müzakirə etdiklərini bildirdi.
 
 Nazir Türkiyə Silahlı Qüvvələrinin Münbiç əməliyyatına başlayıb-başlamayacağına aid suallara: "Bunları indi danışmayacağam. Bunu ictimaiyyətə açıqlamanın zamanı deyil.  Bu vəziyyəti danışmaq işləri daha da çətinləşdirə bilər. Yalnız bunu deyə bilərəm ki, bu, hazırda müttəfiqimiz Türkiyə ilə olan aktiv müzakirə mövzusudur".
 
 Mattis Suriyada Bəşər Əsəd rejiminin xlor qazını silah olaraq istifadə etdiyinin fərqində olduqlarını, lakin zarin qazı ilə bağlı araşdırmaların davam etdiyini söylədi.



Әlaqәli Xәbәrlәr