Lavrovdan Soçi açıqlaması

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Birləşmiş Millətlər Təşkilatından Rusiyanın Soçi şəhərində Suriya məsələsinin həllinə dair qəbul olunan qərarlar əsasında bir nəticəyə gəlməsini gözlədiklərini bildirdi.

900779
Lavrovdan Soçi açıqlaması

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Suriyanın suverenlik və ərazi bütövlüyünün vuğulandığı Suriya Milli Dialoq Konqresinə dair açıqlama verdi.
 
 Suriya məsələsində Qərb ilə məsləhətləşməyə açıq olduqlarını bildirən Lavrov: "Türkiyə və İranla birlikdə Suriyanın konstitusiya məsələsi ilə bağlı mümkün olan hər növ köməyi etməyə hazırıq. Qərb ölkələri ilə hər hansı bir formatda və səviyyədə müzakirələrə açığıq" dedi.
 
 BMT-yə də müraciət edən Lavrov:"Artıq BMT-dən Soçidə qəbul edilən qərarlar əsasında bir nəticəyə gəlməsini gözləyirik. Tərəfdaşlarımızla birgə konqresin nəticələrini təşviq etməyi təsdiq etdik" ifadələrini işlətdi.
 
 Bundan sonra izlənəcək yoldan da bəhs edən Lavrov:" Soçi konqresindən çıxan nəticə Cenevrə prosesini təşviq etmək məqsədilə BMT-yə təqdim olunacaq. Yeni Suriya konstitusiyası üçün qurulacaq Konstitusiya Komitəsinin fəaliyyəti isə İsveçrənin Cenevrə şəhərində təşkil olunacaq" dedi.



Әlaqәli Xәbәrlәr