Braziliyada gecə klubuna hücum nəticəsində 14 nəfər öldü

Hadisə  Fortalez şəhərində qeydə alınıb.

898506
Braziliyada gecə klubuna hücum nəticəsində 14 nəfər öldü

Məlumata görə, naməlum şəxslər gecə klubuna gələrək ətrafa  atəş açıblar. Hücum zamanı  azı 14 nəfər ölüb.

Onların arasında iki yeniyetmə də var. Bir neçə yaralını, o cümlədən 12 yaşlı oğlanı xəstəxanaya çatdırıblar.

Güman olunur ki, hücumçular narkotik maddə alveri ilə məşğul olan yerli cinayətkar qruplaşmanın üzvləridir. 



Әlaqәli Xәbәrlәr