Davos sammitinə bu gün start  verilir

Dünya İqtisadi Forumu tərəfindən təşkil edilən Davos sammiti, bu gün İsveçrənin Davos şəhərində başlayır.

895116
Davos sammitinə bu gün start  verilir

Sammitdə 100-dən çox ölkədən 3 min qədər işadamı, siyasətçi, alim və qeyri hökümət təşkilatı nümayəndəsi iştirak edəcək.

Beynəlxalq iqtisadiyyat, təhlükəsizlik və ekologiya kimi mövzular ilə əlaqəli beynəlxalq mənfəətlər çərçivəsində əməkdaşlıq məsələsinin müzakirə ediləcəyi 48-ci Dünya İqtisadiyyat Forumuna təxminən 70 ölkənin dövlət və hökumət başçısı iştirak edəcək.

26 yanvara qədər davam edəcək sammint üçün  həyata  keçirilən  güçlü   təhlükəsizlik  tədbirlərinə   10 milyon dollar xərclənib.

Zirvə toplantısı Hindistan baş naziri Narendra Modi tərəfindən açıq elan ediləcək. Bağlanışı  mərasimində  isə  ABŞ-nın prezidenti Donald Trump çıxış  edəcək.

Sammitdə Türkiyəni Baş nazir müavini Məmməd Şimşək təmsil edəcək. Bir çox iclasa natiq olaraq qatılacaq olan Şimşək dünyanın etibarlı investor və fond rəhbərləriylə bir araya gələcək.

Zirvə toplantısına iqtisadiyyat naziri Nihat Zeybekçi və Mərkəzi Bankın prezidenti Murat Çətinkaya da qatılacaq.

 



Әlaqәli Xәbәrlәr