Sergey Lavrovla Antonio Quterreş Nyu-Yorkda görüşdü
Rusiya Xarici İşlәr Nazirliyindәn verilәn mәlumata görә, tәrәflәr İranın nüvә proqramı, Suriya və Şimali Koreyadakı son vəziyyəti müzakirə ediblәr.
892361
Rusiyanın XİN rәhbәri Sergey Lavrov ilә BMT-nin baş katibi Antonio Quterreş ABŞ-ın Nyu-York şәhәrindә bir araya gәliblәr.
Rusiya Xarici İşlәr Nazirliyindәn verilәn mәlumata görә, tәrәflәr İranın nüvә proqramı, Suriya və Şimali Koreyadakı son vəziyyəti müzakirə ediblәr.
Görüşdә Suriya və Şimali Koreyada yaşanan böhranın siyasi vә diplomatık yolla hәll edilmәsinin vacibliyi vurğulanıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötәn hәftә İrana qarşı sanksiyaların aradan qaldırılmasına dair rejimi sonuncu dəfə uzadmışdı.