Erik Pahon: ''ABŞ Suriyada yeni ordu qurmur''

ABŞ Suriya ərazisində yerli dəstələrin təlimini davam etdirir, lakin söhbət yeni ordu və yaxud sərhəd qüvvələrinin qurulmasından getmir.

890830
Erik Pahon: ''ABŞ Suriyada yeni ordu qurmur''

ABŞ Suriya ərazisində yerli dəstələrin təlimini davam etdirir, lakin söhbət yeni ordu və yaxud sərhəd qüvvələrinin qurulmasından getmir.

Bu barədə Pentaqon rəsmisi Erik Pahon məlumat verib.

“DEAŞ terror qruplaşmasının məhvinə yönələn hərbi əməliyyat hələ ki, başa çatmayıb. Yerli qüvvələr terrorçulardan təmizlənən ərazilərdə vəziyyətin sabitləşməsini təmin etməlidir. Pentaqon Suriyadakı hərəkətləri barədə Türkiyəni məlumatlandırmaqda davam edəcək”,- deyə Pentaqon rəsmisi qeyd edib.

Erik Pahon  bildirib ki, Ankaranın Suriya-Türkiyə sərhədindəki vəziyyətlə əlaqədar narahatlığı başa düşüləndi: “ABŞ terrorla mübarizədə  NATO  müttəfiqini daim dəstəkləyəcək”.



Әlaqәli Xәbәrlәr