Fransa prezidenti Trampa İran üçün çağırış etdi

Fransa prezidenti Makron telefonla danışdığı ABŞ prezidenti Trampı İran ilə qəbul edilən sazişə əməl etməyə çağırıb.

886537
Fransa prezidenti Trampa İran üçün çağırış etdi

Fransa prezidenti Makron telefonla danışdığı ABŞ prezidenti Trampı İran ilə qəbul edilən sazişə əməl etməyə çağırıb.

Yelisey sarayının açıqlamasına görə, iki lider İran ilə 2015-ci ildə imzalanan nüvə proqramına dair saziş və Şimali Koreya mövzularını müzakirə edib.

Fransa prezidenti ölkəsinin sazişin hərtərəfli tətbiq edilməsindəki qətiyyyətli mövqeyinin və sazişi imzalayan ölkələrin verdikləri vədlərə əməl edilməsinin əhəmiyyətini dilə gətirib.

Orta Şərqdə daimi sabitliyin təmin edilə bilməsi məqsədilə İran hakimiyyəti ilə ballistik proqram və regional siyasəti üzərindən güclü dialoq qurulması ilə yanaşı imzalanan sazişin düzgün şəkildə tətbiqinin vacibliyini vurğulayan Makron 8-10 yanvar tarixlərində Çinə səfəri zamanı gündəmə gələn Şimali Koreya ilə əlaqəli hadisələr barədə də Trampa məlumat verib. Makron həmçinin Şimali və Cənubi Koreya arasında son vaxtlarda yenidən əlaqə saxlanılmasının müsbət hadisə olduğunu vurğulayıb.

Fransa prezidenti Makron Trampla telefon danışığında ayrıca Koreya yarımadasının nüvə silahlardan təmizlənməsi və siyasi həll yolunun təmini üçün BMT Təhlükəsizlik Şurasının qətiyyətli siyasətinin davam etdirilməsinin vacibliyini də dilə gətirib.



Әlaqәli Xәbәrlәr