Donald Tramp Dünya İqtisadi Forumuna qatılacaq

Bu barədə Ağ Evin mətbuat katibi Sarah Sanders məlumat verib.

885583
Donald Tramp Dünya İqtisadi Forumuna qatılacaq

ABŞ prezidenti Donald Tramp 23-26 yanvar tarixlərində İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumuna qatılacaq.

Bu barədə Ağ Evin sözçüsü Sarah Sanders məlumat verib.

Sarah Sanders Trumpın forumda  Amerikanın iqtisadi siyasəti barədə danışmağı səbirsizliklə gözlədiyini bildirib.

Xatırladaq ki, ABŞ prezidentlərindən Dünya İqtisadi Forumuna sonuncu dəfə 2000-ci ildə Bil Klinton qatılıb.

Sonrakı prezidentlər Corc Buş və Barak Obama isə foruma nümayəndə göndərməklə kifayətlənmişdilər.



Әlaqәli Xәbәrlәr