"Cənubi Asiya Strategiyası Əfqanıstandan deyil, Pakistandan başlandı", C.Mattis

C.Mattis Pentaqonda jurnalistlərə verdiyi açıqlamada bildirib...

882840
"Cənubi Asiya Strategiyası Əfqanıstandan deyil, Pakistandan başlandı", C.Mattis

  Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müdafiə naziri Cim Mattis Pakistanın hazırda ABŞ-ın Cənubi Asiya Strategiyasının mühüm tərkib hissəsi olduğunu, İslamabadın Taliban və Hakkani terror  qruplarına qarşı qətiyyətli addım atarsa, bu ölkəyə yardımların yenidən davam edəcəyini deyib.

  C.Mattis Pentaqonda jurnalistlərə verdiyi açıqlamada bildirib:

  “ABŞ-ın keçən ilin avqustunda açıqladığı Əfqanıstandakı əməliyyatların gələcəyini formalaşdıran Cənubi Asiya Strategiyası Əfqanıstandan deyil, Pakistandan başlandı.

  Cənubi Asiya Strategiyası məsələsində hələ də Pakistanla çalışırıq.

  Bildiyiniz kimi, Pakistan orada bütün NATO koalisiyasından daha çox əsgər itirib, ancaq bəzi məsələlərdə də onlarla fikir ayrılığımız var. Ən yaxşısı, spesifik məsələlərdən faydalı nəticələr almaq üçün xüsusi (gizli) müzakirələrin keçirilməsidir.

  Pakistanla əlaqələrin soyuması ilə ABŞ əsgərlərinə qurudan material tədarükü məsələsində qayğılar yaranıb” deyirlər, amma biz Pakistanla işlərimizə davam edirik, bu ölkəyə təhdid olan terrorçulara qarşı qətiyyətli addımlar görsək, yardımları yenidən davam etdiririk."  



Әlaqәli Xәbәrlәr