ABŞ Pakistana “təhlükəsizlik yardımını” təxire saldı

ABŞ Pakistana təhlükəsizlik məsələlərində yardımı dayandırıb.

882075
ABŞ Pakistana “təhlükəsizlik yardımını” təxire saldı

ABŞ Pakistana təhlükəsizlik məsələlərində yardımı dayandırıb.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert deyib ki, bu gün biz təsdiq edə bilərik ki, Pakistana milli təhlükəsizlik sahəsində yardımı dayandırırıq, ancaq milli təhlükəsizlik sahəsində.

Nauert qeyd edib ki, bu qərar Pakistan hakimiyyətinin terrorçuluqla mübarizədə kifayət etməyən tədbirlərinə cavabdır. Pakistan daha çox qətiyyətli hərəkətlər etməlidir və terrorçular üçün təhlükəsiz bölgə yaratmamalıdır. 

"Pakistanla əlaqələrimizi bərpa edəcəyimizə ümid edirik" - deya Nauert vurğulayıb.

Daha əvvəl ABŞ mətbuatı Donald Tramp administrasiyasının Pakistana təhlükəsizlik sahəsində yardımın dayandırılması planını elan etməyə hazırlaşdığını xəbər verib.

Pakistanın xarici işlər naziri Xoca Məhəmməd Asıf isə Trampın açıqlamalarına sərt reaksiya göstərərək "bəhs mövzusu iddiaların əsassız olduğunu" qeyd etmişdi.



Әlaqәli Xәbәrlәr