Şahzadə Mutab  vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüşdü

Səudiyyə Ərəbistanında "Korrupsiyaya qarşı mübarizə" çərçivəsində vəzifəsindən çıxarılan sabiq Krallıq Keşikçiləri naziri şahzadə Mutab  vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüşüb.

878985
Şahzadə Mutab  vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüşdü

Səudiyyə Ərəbistanında "Korrupsiyaya qarşı mübarizə" çərçivəsində vəzifəsindən çıxarılan sabiq Krallıq Keşikçiləri naziri şahzadə Mutab  vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüşüb.

Səudiyyə Ərəbistan dövlət televiziyası şahzadə Mutab bin Abdullah ilə vəliəhd şahzadə Məhəmməd bir araya gəldiyi kadrlar yayıb.

Paytaxt Ər-Riyadın Cenadiriyye bölgəsindəki Kral Əbdüləziz Meydanında hər il təşkil edilən müsabiqə zamanı olan çəkilişlərdə şahzadə Mutab ilə vəliəhd şahzadə Məhəmməd bin Səlman arasında səmimi yaxınlaşma diqqəti çəkir.

Şahzadə Mutab, "sui-istifadə istintaqları" çərçivəsində vəzifəsindən çıxarıldığı və nəzarətə alındığı 4 noyabrdan bəridir ilk dəfə ekranlarda göründü.

Çox sayda şahzadə və yüksək səviyyəli səlahiyyətlilərlə birlikdə nəzarətə alınan şahzadə Mutab noyabr ayının sonunda azad edilməsinə baxmayaraq mətbuatın qarşısına çıxmamışdı.

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz 4 noyabrda yayılan fərmanlar ilə Korrupsiyaya qarşı Mübarizə Komissiyasının yaradılması üçün qərar vermişdi.

Həmin komissiyaya həbs, mal varlığını müsadirə etmə və lazımlı digər əməliyyatların yerinə yetirilməsi işi tapşırıldı və rəhbərliyinə də Kral Səlmanın oğlu vəliəhd şahzadə Məhəmməd bin Səlman təyin edildi.

Komissiyanın qurulmasının dərhal ardından başladılan "sui-istifadə istintaqları" çərçivəsində başda nazir şahzadə Mutab bin Abdullah və milyarder iş adamı şahzadə El-Vəlid bin Talal olmaqla çox sayda şahzadə, nazir və iş adamı nəzarətə alınmışdı.

Şahzadə Mutab 28 noyabrda sərbəst buraxıldı.



Әlaqәli Xәbәrlәr