Şimali Koreyanın 2 yüksək vəzifəli dövlət rəsmisi sanksiya siyahısına salındı

Amerika Birləşmiş Ştatları Şimali Koreyanın nüvə silahı fəaliyyətlərində mühüm rol oynadığı iddia edilən 2 yüksək vəzifəli dövlət rəsmisini sanksiya siyahısına əlavə etdi.

876348

 ABŞ Xəzinə Nazirliyinin Xarici Varlıqlara Nəzarət Ofisindən (OFAC) verilən məlumatda Koreya Fəhlə Partiyasının nəzarətindəki Koreya Hərbi Sənaye Nazirliyinin direktor müavini Kim Jong Sik və Koreya Mərkəzi Komitəsinin sədr müavini Ri Pyong Cholun sanksiya siyahısına əlavə olunduğu bildirilir.
 
 Məlumatda Şimali Koreyanın kütləvi qırğın silahını təkmilləşdirmə fəaliyyətlərində mühüm rol oynadıqları bildirilən 2 vəzifəli şəxsin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən 22 dekabrda açıqlanan sanksiya siyahısına da salındığı qeyd edilir.
 
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trump 20 noyabrda Şimali Koreyanı "terrora dəstək verən dövlət" kimi tanıyacağını açıqlayıb.
 
 ABŞ Xəzinə Nazirliyinin Xarici Varlıqlara Nəzarət Ofisi bu açıqlamadan sonra 21 noyabrda bu ölkənin ticarət fəaliyyətlərini məhdudlaşdırmaq üçün 1 nəfər, 13 şirkət və 20 gəmi haqqında sanksiya qərarı verib.
 
 Şimali Koreya ABŞ-ın "terrora dəstək verən ölkələr" siyahısında İran, Sudan və Suriyadan sonra 4-cü yerdədir.
 
Әlaqәli Xәbәrlәr