Yəməndə vəbaya yoluxanların sayı 1 milyonu ötüb

Qızıl Xaç Cəmiyyəti Yəməndə vəbaya yoluxanların sayının 1 milyonu ötdüyünü açıqlayıb.

873197
Yəməndə vəbaya yoluxanların sayı 1 milyonu ötüb

Qızıl Xaç Cəmiyyəti Yəməndə vəbaya yoluxanların sayının 1 milyonu ötdüyünü açıqlayıb.

Cəmiyyət ölkədə vətəndaş mühabirəsinə görə əhalinin 80 fazinin təmiz içməli su, ərzaq, yanacaq və səhiyyə xidmətlərindən məhrum olduğunu bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı  da aprel ayında vəba epimediyasının başlamasından bəridir 2 min 219 nəfərin həyatını itirdiyini açıqlayıb.

BMT də Yəmənin dünyadaki ən ağır insanlıq böhranı ilə qarşı-qarşıya olduğunu bildirib.

Ölkədə vəbadan başqa milyonlarla insan isə aclıq təhlükəsi ilə qarşı-qarşıyadır.

BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) verdiyi açıqlamada Orta Şərqdə xüsusilə Yəməndə ərzaq təhlükəsizliyinin sürətli şəkildə artdığını elan edib.

BMT hesabatında Yəmənin ərzaq təhlükəsizliyi və kifayətsiz qidalanma mövzusunda bölgədə ən pis vəziyyətdəki ölkə olduğu, Yəməndən sonra Suriya və Sudanda da eyni şərtlərin hökm sürdüyü bildirilib.  

Ərəb aləminin ən yoxsul ölkəsi Yəməndə 2015-ci ildən bəridir Husi milisləri dövlət başçısı Əbdürrabbu Mansur əl Hadiyə sadiq qüvvələrlə toqquşur.



Әlaqәli Xәbәrlәr