İsrail əsgərlərinin fələstinlilərə qarşı sərt müdaxiləsi davam edir

İsrail əsgərlərinin Qüdsə dəstək aksiyası keçirən fələstinlilərə qarşı sərt müdaxiləsi davam edir.

872607
İsrail əsgərlərinin fələstinlilərə qarşı sərt müdaxiləsi davam edir

İsrail əsgərlərinin Qüdsə dəstək aksiyası keçirən fələstinlilərə qarşı sərt müdaxiləsi davam edir.

İsrail әsgәrlәri İordan çayının qәrb sahillәrinin müxtәlif bölgәlәrindә  keçirilәn etiraz aksiyaları  zamanı 3-ü hәqiqi güllә ilә olmaqla 26 fәlәstinlini yaralayıb.

Mәlumata görә, İsrail әsgәrlәri fәlәstinlilәrә  gözyaşardıcı qaz, hәqiqi vә plastik güllәlәrlә müdaxilә edib.

Etiraz aksiyaları zamanı İsrail әsgәrlәrinin istifadә etdiyi gözyaşardıcı qaz sәbәbindәn daha 55  fәlәstinli  boğulma tәhlükәsi ilә üzlәşib.

Qeyd edәk ki, ABŞ prezidenti Donald Tramp  dekabrın 6-da Ağ Evdә keçirdiyi mәtbuat konfransında Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını vә Tel Əvivdəki ABŞ səfirliyinin Qüdsə köçürülməsi hazırlıqları ilə bağlı göstəriş verdiyini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr