Berlində Türk dili dərsləri keçiriləcək

Almaniyanın paytaxtı Berlində 4 bələdiyyədə Türk dili dərsləri keçiriləcək.

873148
Berlində Türk dili dərsləri keçiriləcək

Almaniyanın paytaxtı Berlində 4 bələdiyyədə Türk dili dərsləri keçiriləcək.

Fevral ayından etibarən Berlin Təhsil Senatorluğunun dəstəyi ilə Friedrichshain-Kreuzberg, Charlottenburg-Wilmersdorf, Tempelhof-Schöneberg ve Neukölln rayon bələdiyyələrinin məktəblərində Türk dili dərsləri keçiriləcək.

Başlanğıcda Türk dili dərsləri birinci, ikinci və üçüncü siniflərdə keçiriləcək və tədris planına daxil olmayacaq.

Dərslər valideynlərin və 20 nəfərlik sinfin azı 12 şagirdinin tələbi əsasında keçirilə biləcək.

Berlin Təhsil Senatorluğu mövzu ilə əlaqədar məktəb müdirləri ilə danışıqlar aparıldığını bildirdi.

Berlin Senatının verdiyi məlumata görə, bu il 2300 şagirdə Türk dili və Türk Mədəniyyəti dərsləri keçirilib.

90 məktəbdə keçirilən dərslərə ən çox maraq 600 şagird ilə Neukölndə göstərilib.

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr