“Fələstinlilərin cansız bədənlərini əsir götürmək qeyri-qanunidir”

İsrail Ali Məhkəməsi İsrail dövlətinin öldürdüyü fələstinliləri təhvil verməyib, əsir götürməsinin qeyri-qanuni olduğuna dair qərar qəbul etdi.

869219
“Fələstinlilərin cansız bədənlərini əsir götürmək qeyri-qanunidir”

İsrail Ali Məhkəməsi İsrail dövlətinin öldürdüyü fələstinliləri təhvil verməyib, əsir götürməsinin qeyri-qanuni olduğuna dair qərar qəbul etdi.

“Ya ailələrinə təhvil verərsiniz yaxud da meyitlərin mübadiləsində istifadə etmək  üçün əlinizdə tutmağınıza icazə verən qanun qəbul edərsiniz” deyə bildirən məhkəmə buna icazə verən, qüvvədə olan bir qanunun olmadığını bildirdi.

Yaxınlarının cansız bədənlərini İsraildən ala bilməyən fələstinli ailələr son çarə olaraq İsrail Ali Məhkəməsinə müraciət etmişdi.

Müraciətlə əlaqəli qərarda bildirilib ki,  İsrail dövləti bazarlıq etmək məqsədilə onların cansız bədənlərini əlində tuta bilməz, çünki buna icazə verən qanun yoxdur. Qərarda İsrail hökumətinə belə bir qanun çıxarmaq üçün 6 ay müddət verdi.  

Məhkəmə bu qanun qəbul edilməyəcəyi təqdirdə öldürülən fələstinlilərin ailələrinə təhvil veriləcəyini bildirdi.

Qərara baş nazir Binyamin Netahyahu “Çox problemli məsələdir. Həmas-a hədiyyə verəcək deyilik” deyə reaksiya göstərsə də müdafiə naziri Avigador Liberman iqtidardakı millət vəkillərinə bəhs mövzusu qanunun hazırlanması üçün göstəriş verdi. İsrail hökuməti fələstinlilərin cansız bədənlərini əsir götürməsində amil kimi Qəzzada Həmas-ın əlində olan iki İsrail əsgəri  və digər əsgərlərinin cəsədləriyə mübadilə edilməsini göstərir.



Әlaqәli Xәbәrlәr