Somalinin paytaxtı Moqadişuda, polis akademiyasına hücum təşkil edilib

Somalinin paytaxtı Moqadişuda polis akademiyasına terror təşkilatı Əş-Şababın həyata keçirdiyi bombalı hücum nəticəsində 10 nəfər həyatını itirib.

868378
Somalinin paytaxtı Moqadişuda, polis akademiyasına hücum təşkil edilib

Polis libası ilə akademiyaya daxil olan komikadzenin  özünü partlatdığı  hadisədə çox sayda adam yaralanıb.

Hücumun polis təşkilatının yaranmasının ildönümü olan 20 dekabrda keçirilməsi planlaşdırılan parada hazırlıqlar zamanı həyata keçirilməsinə diqqət çəkilir.



Әlaqәli Xәbәrlәr