BMT Təhlükəsizlik Şurasının Qüdslə bağlı toplantısı oldu

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarını dəyərləndirmək məqsədilə  toplantı keçirdi.

864669

 Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi koordinatoru Nikolay Mladenov Trumpın qərarından sonra bölgədə zorakılığın artma riskinin yarandığını vurğuladı.
 
 Mladenov BMT baş katibi Antonio Guterresin "İsrail-Fələstin münaqişəsi birbaşa danışıqlar yolu ilə həll edilməlidir  və" iki dövlətli həlllə B planı tapılmadı" ifadələrini təkrarladı.
 
 Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Nikki Haley Trumpın qərarının sülhün bərqərar olmasına xidmət etdiyinu söylədi.
 
Toplantıda İngiltərə, Fransa, Almaniya, İtaliya və İsveç səfirləri Trumpın qərarını dəstəkləmədiklərini bəyan etdilər.
 
 Səfirlərin toplantıdan sonra qəbul etdikləri birgə bəyanatda: " Amerika Birləşmiş Ştatlarının qərarı ilə razı deyilik. Bu, Təhlükəsizlik Şurasının qətnamələrinə zidd bir qərardır. İkidövlətli həll əldə edilənə qədər Qüds üzərində hər hansı bir hakimiyyəti qəbul etmirik" deyilir.
 
Әlaqәli Xәbәrlәr