İraq ABŞ-a nota verdi

İraq hökuməti Qüdsü İsrailin paytaxtı kimi tanıyan Amerika Birləşmiş Ştatlarına nota verdi.

863449
İraq ABŞ-a nota verdi

İraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd Mahcub ABŞ prezidenti Donald Trumpın Qüdslə bağlı qərarına görə Bağdad səfiri Douglas Sillimanı nazirliyə çağıraraq nota verdiklərini bildirdi.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump dünən axşam keçirdiyi mətbuat konfransında BMT Təhlükəsizlik Şurasının 1980-ci ildə İsrailin Şərqi Qüdsü ilhaq edərək paytaxt elan etməsini qeyri-qanuni olduğunu təsdiq edən 478 saylı qətnaməsinə rəğmən: "Qütsü İsrailin rəsmi paytaxtı kimi tanıma zamanı gəldi" ifadəsini işlədib.

 

 


Etiketlәr: #İraq , #ABŞ , #Qüds , #nota

Әlaqәli Xәbәrlәr