Böyük Britaniya Qüdsün İsrailin paytaxtı kimi tanınması ilə razı deyil
Bunu Böyük Britaniyanın baş naziri Theresa May bəyan etdi.
863126

Böyük Britaniyanın baş naziri Theresa May ölkəsinin Qüdsün İsrailin paytaxtı kimi tanınması ilə razı olmadığını bildirdi.
Baş nazir:“Biz ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınması və səfirliyinin Qüdsə köçürülməsi ilə razı deyilik. Hesab edirik ki, qərar regionda nizamlanma prosesi baxımından faydalı olmayacaq. Böyük Britaniyanın İsraildəki səfirliyi Tel-Əvivdə yerləşir və onun köçürülməsi planlarımıza daxil deyil”deyə bildirdi.
Әlaqәli Xәbәrlәr

Birlәşmiş Millәtlәr Tәşkilatı Cәnubi Sudanda yaşanan humanitar böhranla bağlı bәyanat yayıb
Cәnubi Sudanda humanitar yardıma möhtac insanların sayı 8,3 milyona çatıb.