“Brexit” haqqında danışıqlar yenə nəticəsiz başa çatıb

Böyük Britaniya və Avropa İttifaqı bazar ertəsi günü Brüsseldə keçirilən danışıqlarda “Brexit”in şərtləri barədə yenə razılığa gələ bilməyiblər.

861190
“Brexit” haqqında danışıqlar yenə nəticəsiz başa çatıb

Böyük Britaniya və Avropa İttifaqı bazar ertəsi günü Brüsseldə keçirilən danışıqlarda “Brexit”in şərtləri barədə yenə razılığa gələ bilməyiblər.

Britaniyanın baş naziri Tereza Mey və Avropa Komissiyasının sədri Jan-Klod Yunker birgə mətbuat konfransında çıxış ediblər.

Hər iki tərəf qeyd edib  ki, müzakirələrin dostluq atmosferində keçməsinə baxmayaraq, yekun razılaşma əldə olunmayıb.

Baş nazir  Tereza Meyin sözlərinə görə, danışıqlarda irəliləyiş var, lakin bir neçə məsələdə fikir ayrılıqları qalmaqdadır.



Әlaqәli Xәbәrlәr