Yaponiya İmperatoru taxtından imtina edəcək

Yaponiya İmperatoru Akihito 2019-cu ildə  taxt-tacını 57 yaşlı oğlu vəliəhd şahzadə Naruhitoya təhvil verəcək.

859001
Yaponiya İmperatoru taxtından imtina edəcək

 Yaponiya dövlət televiziyası NHK-nın xəbərinə görə, baş nazir Şinzo Abe İmperator Akihitonun 30 Aprel 2019-cu ildə taxtdan imtina edəcəyini açıqlayıb.
 
 Yaponiyanın 83 yaşlı İmperatoru keçən il  millətə müraciət edərək taxtdan getmək istədiyini bildirmişdi.
 
 Akihito atası İmperator Hirohitonun 7 yanvar 1989-cu ildəki vəfatından sonra 55 yaşında taxta oturmuşdu
 
 Akihitonun  yerinə 57 yaşlı oğlu vəliəhd şahzadə Naruhitonun keçməsi gözlənilir.
 
 Konstitusiyalı monarxiya ilə idarə olunan Yaponiyada İmperatorun yapon xalqı adından bəzi müqəddəs vəzifələri yerinə yetirdiyinə inanılır.  Şinto inancının ən yüksək avtoriteti qəbul edilən İmperator Yapon xalqının birliyini təmsil edir.
 
 Yaponiyada Xrizantem Taxtı 2 min ildir atadan oğula keçir. 



Әlaqәli Xәbәrlәr