ABŞ YPG-dən silahları geri alacaq

ABŞ Müdafiə Nazirliyi Türkiyəni təhdid edə biləcək bütün silahları (terror təşkilatı PKK-nın Suriyadakı qolu) YPG-dən geri alacağını bildirdi.

859148
ABŞ YPG-dən silahları geri alacaq

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Orta Şərq məsələləri üzrə nümayəndəsi Eric Pahon ölkəsinin Türkiyəni təhdid edə biləcək bütün silahları (terror təşkilatı PKK-nın Suriyadakı qolu) YPG-dən geri alacağını bildirdi.

Pahon ölkəsinin YPG-yə verdiyi ağır silahları və zirəhli texnikanı geri alacağına dair verdiyi açıqlamada deyib ki, invanter və rəqəm barədə məlumat verməyə səlahiyyətim yoxdur. Kateqoriya olaraq müttəfiqimiz Türkiyəni təhdid edə biləcək silahları geri alacağıq. Bunların invanteri Türkiyədə var.

Qeyd edək ki, Pentaqon həftənin əvvəlində verdiyi açıqlamada  spesifik təhditlərə son qoyulandan sonra YPG-dən ağır silahlarla zirəhli texnikanı geri toplamaq niyyətində olduğunu bildirmişdi.

ABŞ PYD/PKK-nı 2015-ci ilin əvvəldən vasitəli, cari ilin may ayından bəridir də birbaşa silahlandırmağı qərara almışdı.



Әlaqәli Xәbәrlәr